Bu məqaləni vikiləşdirmək lazımdır. |
Krekinq — neftin tərkibindəki irimolekullu karbohidrogenlərin parçalanması nəticəsində kiçikmolekullu karbohidrogenlərin əmələ gəlməsi prosesinə deyilir.[1]
Krekinq prosesi karbon zəncirlərinin qırılması və daha bəsit doymuş və doymamış karbohidrogenlərin əmələ gəlməsi ilə baş verir. Əmələ gələn maddələr sonradan parçalana bilər. Krekinq prosesindən ayrılan etilendən polietilenin və etil spirtinin istehsalında geniş istifadə olunur. Karbohidrogenlərin molekullarının parçalanması radikal mexanizmi üzrə gedir. Əvvəlcə sərbəst radikallar əmələ gəlir. Məlumdur ki, sərbəst radikallar kimyəvi cəhətdən çox aktivdir və müxtəlif reaksiyalarda iştirak edə bilər. Krekinq prosesi zamanı radikallardan biri hidrogen atomunu ayırır (a), o biri isə birləşdirir (b).